Su kanallarından suyu sahələrə ötürmək üçün su nasoslarından istifadə edirlər. Ağdaşlı bir nəfər elə qurğu düzəldib ki, suyun axması ilə hərəkətə gəlir, heç bir enerji xərci olmadan 2 metr aşağıdan suyu alaraq borulara və oradan da əkin sahələrinə ötürür.
Sadəcə armaturlar, vedrələr və dəmir şiferlərdən istifadə olunub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kənd sakininin zəruri su ehtiyacı səbəbindən ərsəyə gətirdiyi bu qurğu 2 mətr dərinlikdən suyu sahələrə ötürür. Ağdaş Rayonun Şıxlı kənd sakini 41 yaşlı Səbuhi Mustafayev ixtisasca rabitəçidir. Baxmayaraq o, kənd təsərrüfatı işləri ilə də çox məşgul olur. Ancaq su kanalının əkin sahəsində xeyli aşağıda olması əkin biçinə xeyli çətinlik törədirdi. Elə buna görə də sahələri suvarmaq üçün belə bir qurğu hazırlamaq qərarına gəlib. Üstəlik qurğu suyun axması ilə özü hərəkətə gəlir və heç bir enerji xərci yoxdur.
Səbuhi Mustafayevin sözlərinə görə, əkin sahələrinin suvarılma problemi var. Qurğu vasitəsi ilə sahələr qisməndə olsa suvarıla bilər. Digər sakinlər də belə sistemin işləməsində maraqlıdr.
Qurğunu ərsəyə gətirən Səbuhi Mustafayev deyir ki, gələcəkdə onu daha da təkmilləşdirəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub