Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

914
Hər gün istifadə etdiyimiz şeyləri görün kimlər YARADIBMIŞ... - FOTOLAR

Həqiqəti söyləmək lazım gəlsə, əksəriyyət bu əşyaların tarixini tamam başqa cür bilir.

Məsələn, ilk qayçılar Qədim Romada tapılıb və quruluşu müasir qayçılardan çox fərqli olub. Ən birinci konfetlər Misirdə kəşf olunub və s.

Təəccüblü olan odur ki, məhz bu əşyaların yaranmasında hər kəsin tanıdığı məşhur simaların rolu olub.

Publika az həmin məşhurları sizə təqdim edir:

1. Salvador Dali - çupa-çups sorma konfetlərin formasını onun bığları ilə əlaqələndirirlər. Deyilənə görə, əks halda çupa-çupslar çubuqsuz yumuru konfekt formasında olacaqdı.

2. Mark Tven - yazıçılıq qədər sevdiyi ikinci iş xatirə kitabçası düzəltmək olub. O kiçik parçaları, yapışqan vasitəsilə dəftərə yapışdırıb toplayırdı. Bu ilk dəfə məhz Mark Tvenin adı ilə bağlı olub.

3. Tomas Edison - hazırda da istifadə olunan konfet kağızlarını ilk dəfə o düşünüb.

4. Leonardo Da Vinçi - dahinin yaşadığı illərə qədər qayçının tamamilə fərqli quruluşda olduğu deyilib. Müasir qayçının formasının məhz Da Vinçidən sonra dəyişildiyi deyilib.

5. İsaak Nyuton - dahinin sevimli ev pişiyi olub. Pişiyin hər dəfə evə girib-çıxması üçün qapını açan dahi bu vəziyyətən çıxış yolu tapıb. Gecələr küçəyə çıxan pişiyin evə rahat girə bilməsi üçün qapının aşağı hissəsində ev heyvanlarının rahat girib-çıxması üçün kiçik "pəncərə" açıb.

6. Benjamin Franklin - ABŞ-ın banilərindən hesab olunan Franklin evləri ildırım vurmasından müdafiə edən sipər kəşf edib. İldırım sipəri bir çox evləri dağıntı və yanğınlardan qorudu.

7. Lyuis Keroll - "Dubletlər" oyunu və "Skrabl" prototipi - hər kəsin oynadığı məşhur "söz nərdivanı" oyununu ilk dəfə Lyuis yaradıb. məsələn, həkim-hakim.

Xəbər lenti