Antalyaya qiyabi səyahət - FOTOLAR

702
Antalyaya qiyabi səyahət - FOTOLAR

Antalya Türkiyənin cənubunda, Aralıq dənizi sahilində yerləşən kurort şəhəri, limandır.

Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, Antalya ərazisi 20 599 km² olmaqla, Türkiyənin 6-cı böyük şəhəridir.

Aypara formasında olan şəhər ölkənin ikinci paytaxtı hesab olunur. Əhalisi 677 min nəfərdir. Yay aylarında gələn turistlərin hesabına isə bu rəqəm 2 milyona çatır.

Şəhər 1980-ci ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri nəticəsində sürətlə inkişaf etməyə başlayıb. Ticarət, kənd təsərrüfatı və turizm iqtisadiyyatının əsasını təşkil edir.

Şəhər arxitektura və tarixi abidələr ilə məşhurdur. Onu hər tərəfdən Taurus dağı əhatə edir. Aralıq dənizinin ən məşhur və 6,5 km uzunluğu olan Konyaaltı çimərliyi məhz buradadır.

Burada günəşli günlərin miqdarı 300-dən çoxdur.Çimərlik mövsümü mart ayından noyabrın axırına kimi davam edir..

Antalyanın diqqətəlayiq yerlərinin əksəriyyəti də demək olar ki, Qalayçidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restoranlara çevrilib. Yivli minarəsi isə Antalyanın simvolu hesab olunur. Türkiyənin ən zəngin müzeylərindən biri də məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar və s. var.

Antalyada 2 nəfərin 1 həftəlik istirahəti 3 ulduz otellərdə - 680 dollar, 4 ulduz oteldə - 762 dollar, 5 ulduz oteldə - 935 dollara təklif edilir.

 

Xəbər lenti