Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.
Əsgərimiz şəhid oldu - Vətən sağ olsun!
Mynews.az xəbər verir ki, Cəbhədə baş verən hadisələrlə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovbildirib ki, hansısa bir qorxulu vəziyyət yoxdur:
“Cəbhədə hansısa bir dramatik vəziyyət yoxdur. Azərbaycan əsgərləri cəbhənin müxtəlif istiqamətlərində düşmənin gündəlik təxribatlarının qarşısını alır. Onların növbəti təxribatları nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub. İndi hamı düşünür ki, cəbhədə nə baş verir? Bizim əsgərlərimiz öz mövqelərində dayanıblar. Sadəcə olaraq, əsgərlərimiz bir qədər diqqətli olmalıdır. Çünki ən xırda bir ehtiyyatsızlıq onların həyatı üçün təhlükə yarada bilər. Düşmən yatmayıb. Onlar ən xırda məqamlardan istifadə edib, ordumuza zərbə vurmaq istəyir.
Naxçıvanda baş verən təlimlərin də baş vermiş hadislərlə hər hansı bir əlaqəsi yoxdur.
Orada plan üzrə Azərbaycan Silahlı Qüvvələri təlimlər keçirir. Bu təlimləri də Müdafiə Nazirliyii, o cümlədən Naxçıvan Ali Məclisi izləyirlər. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə taktiki təlimlər yüksək səviyyədə keçirilir. Bildiyiniz kimi, bu təlimlər Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin 3-cü təlimidir. İki təlim daha öncə Türkiyə ərazisində keçirilmişdi. İndi isə burada keçirilir. Bundan sonra da bu təlimlərin davamı gələcək. Müdafiə naziri dünən çıxışı zamanı xəbərdarlıq etdi ki, Naxçıvanın müdafisəində ən peşəkar ordu dayanıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrində olan silahların ən güclü və müasirləri həmin ərazinin müdafiəsinə verilib. Buna görə də, düşmən narahatdır”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub