Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədi ilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.
"Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib", - nazirlikdən bildirilib.
Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
1036 dəfə oxunub
2
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
992 dəfə oxunub
3
“Nar” Kitab gününü Salyanda qeyd edib
971 dəfə oxunub
4
Leyla və Arzu Əliyeva uşaq evi sosial xidmət müəssisəsində
970 dəfə oxunub
5
Sinem Kobal həyat yoldaşının evlilik təklifindən danışıb
969 dəfə oxunub