ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) bir milyona yaxın məxfi sənədi ictimaiyyətə açıqlayıb.
2011-ci ildə məxfi şrifti açılan sənəddə SSRİ-nin ilk atom bombasını Ermənistanda yaratdığı deyilir.
“Atom zavodlarının tikilməsi üçün uyğun yer axtarılırdı. Uraldan Qərbi Sibirə qədər bir neçə yerə baxış keçirildi. Lakin SSRİ-də atom silahının yaradılması layihəsinə rəhbərlik edən Beriya Ermənistanı seçdi”, - deyə sənəddə bildirilir.
CİA-nın məxfi məruzəsində qeyd olunur ki, atom silahının yaradılması üzrə zavodun yerləşəcəyi yer kimi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə olan Sevan gölü (Azərbaycanın tarixi Göyçə gölü-red) yaxınlığındakı ərazi seçildi.
Məruzədə o da bildirilir ki, zavodun burada inşasına səbəb Göyçə gölünün tək qolu olan Zəngi çayı (Razdan) idi: “Çayda 1932-ci ildə Su Elektrik Stansiyası inşa olunmuşdu, 1947-ci ildə stansiyanın gücü 2 milyon kilovata çatdırıldı. Nüvə silahının yaradılması üzrə zavodun inşasına 1947-ci ildə başlandı, 1948-ci ilin mayında tikinti başa çatdı. İstehsal zonaları olaraq Alagöz (Ələyəz) dağının şərq ətəkləri və altı mağara seçildi. Tikinti işlərində Nasist Almaniyasının yeraltı obyektlərini inşa edən alman əsirləri iştirak edirdilər”.
Məruzədə bildirilir ki, 1948-ci ilin yanvarında Ermənistan ərazisindəki nüvə obyektlərinə uran Şərqi Almaniyanın Saksoniya vilayətindən və Çexoslovakiyadan gətirilirdi: “1949-cu ilin iyulunda birinci atom bombası hazırlanmışdı. Nüvə silahı Uralda Maqnitorsk şəhərinin 100 kilometrliyində sınaqdan keçirildi. 1949-cu ilin sentyabrında rəsmi Vaşinqton və London SSRİ-nin nüvə bombasının sınağını keçirməsi faktını təsdiqlədi”.
Məruzədə deyilir ki, nüvə bombasının hazırlanması işinə erməni professor Arakelyan rəhbərlik edirdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub