93 əsgərimizin şəhid olduğu müharibənin gizlin detalları
2016-cı ildə aprel müharibəsi Ermənistan və ermənilər üçün ən dramatik hadisə oldu. Bu son 24 ilin ən geniş eskalasiyası idi. Lakin əfsuslar ki, Ermənistan hakimiyyətinin ərazilərin qaytarılmasına hazırlaşdığı faktdır".
Bu barədə erməni jurnalist Tavos Arşakyan "armenianreport" saytında yazıb.
Müəllif Sarkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunub:
"Apreldə ölən əsgərlər qəhrəmanlaşdırıldı, İrəvan meriyası onların ailələrinə mənzillərin veriləcəyini canfəşanlıqla bildirdi. Lakin zaman keçdikcə hər şeyin sadəcə sözdən ibarət olduğu ortaya çıxdı".
"Qraparak" qəzetinin məlumatına görə, Ermənistan ordusundan təxris olunan əsgərlərin hərbi biletlərində "aprel döyüşləri"ində iştirak etdikləri haqda heç nə qeyd edilməyib.
"Təxris olunan əsgərlərdən biri Madagizdəki döyüşdə iştirak edib. Lakin onun hərbi biletində harada xidmət keçməsi haqqında bölmə rənglənərək, görünməz hala salınıb. İndi o əsgər heç kəsə sübut edə bilməyəcək ki, döyüşlərdə iştirak edib", - deyə qəzet yazıb.
Məlumata görə, təxris olunmuş bir neçə əsgər bu məsələyə görə qəzetin redaksiyasına müraciət edib.
Qəzet yazır ki, hakimiyyətin məqsədi döyüşlərdə iştirak etmiş əsgərlərin gələcəkdə güzəştlərdən istifadə edə bilməsinin qarşısını almaqdır:
"Misal üçün, döyüşlərdə iştirak etmiş əsgərlərə təhsil haqqının 20 faizi güzəşt edilir. Hakimiyyət bu kiçik imkanları da onların əlindən alır".
T.Arşakyan yazır ki, Sarkisyan rejimi artıq uçuruma yuvarlanır.
"Hakimiyyətin əsgərlərə kompensasiya verməməsi, onların güzəşt imkanlarını kəsməsi sual yaradır: yəni ölkə bu qədərmi kasıblayıb? Lakin cavab fərqlidir: hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir", - deyə o qeyd edib.(publika)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 1039 dəfə oxunub
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 1039 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 1024 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 1005 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 1001 dəfə oxunub