Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “Drone Killer” silah sistemini satıb.
Mynews.az -ın Trend-ə istinadən verdiyi məlumata görə, bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur.
Müvafiq razılaşma “Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir.
Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir.
PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan “Drone Killer” silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.
Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub