Xarici İşlər Nazirliyi yayılan xəbərlərlə bağlı məlumat yayıb
Rusiyadan Abxaziyaya S-300 zenit-raket komplekslərinin göndərilməsi və hərbi texnikaların Gürcüstandan keçərək Ermənistana getməsi xəbərləri həqiqəti əks etdirmir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Təxribatçı səs-küyün həyata keçirilməsi üçün hər şey edilir: Abxaziyanın Gürcüstanla sərhədində nəzarət-buraxılış keçid məntəqələrinin sayının optimallaşdırılması ilə bağlı qərar var. İkitərəfli razılaşmaya əsasən, Cənubi Osetiya vətəndaşları fərdi müqavilə ilə Rusiya ordusunda xidmət edə bilər. Guya Abxaziyaya S-300 zenit-raket yerləşdirilməsi və Rusiya hərbi karvanının Gürcüstandan keçərək Ermənistana getməsi fantastikadır", - deyə XİN-in məlumatına qeyd olunur.
XİN bəyan edir ki, bütün bunlar martın 28-29-da Cənubi Qafqaz üzrə keçiriləcək növbəti Cenevrə raundu ərəfəsində hazırlanmış xüsusi siyasi tamaşadır.
Martın 22-də Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb.
Müxalifət nümayəndələri həmin maşınların Rusiya dövlət nömrə nişanları daşıdığını, daşınan yüklərin üzərinin brezentlə möhkəm örtüldüyünü deyiblər.
: istipress
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub