Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən k*rrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində ötən il Xidmətin 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Ehtimal edilir ki, qeyd olunan əməkdaşların əksəriyyəti əvvəllər hərbi xidmətdən yayınmaq istəyən vətəndaşlara görə məsuliyyətə cəlb edilib.
Bəs əvvəlki dövrlərdə rüşvət verərək hərbi xidmətdən yayınan şəxslər barəsində qanunvericilikdə hansı cəza tədbirləri nəzərdə tutulur?
Vəkil Emil Aslanov sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində r*şvət vermə ilə bağlı məsuliyyət nəzərdə tutulur:
“Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə r*şvət vermə aktiv r*şvətxorluq hesab edilir. Həmin maddənin birinci hissəsi ilə yəni xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar hərhansı hərəkətin edilməsi vəya hərəkətin edilməsindən imtina olunması müqabilində onun özü və ya 3-cü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən yaxud vasitəçidən istifadə etməklə maddi vəsait, nemət, imtiyaz yaxud güzəşt tətbiq olunması vəd verilməsi hesab olunur. Həmin maddənin sanksiyasında 5 min manatdan 8 min manata qədər cərimə, 3 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması yaxud 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.
Vəkil qeyd edib ki, həmin maddənin qeyd hissəsində də göstərildiyi kimi şəxs r*şvət verməsi barədə hüquq mühafizə orqanlarına məlumat verirsə, o halda cinayət məsuliyyətindən azad edilə bilər.
Eyni zamanda qeyd edək ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə hərbi xidmətdən boyun qaçırma da azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Müharibə dönəmində qanuni əsaslar olmadan hərbi xidmətdən yaxud səfərbərlik üzrə növbəti çağırışdan imtina etmə, boyun qaçırma qanunvericilik ilə 3-6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub