Bəzi tibbi əməliyyatlar keçirmiş şəxslər hərbi xidmətə yararsız hesab olunur və çağırışdan azad edilir. Bəs öd kisəsi çıxarılan şəxslər hərbi xidmətə yararlı hesab olunur?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Mynews.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Öd kisəsinin cərrahi yolla çıxarılması — xolesistektomiya əməliyyatı” diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar müəyyən qaydalar əsasında qiymətləndirilir.
“Bu qiymətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsaslanır. Sözügedən sənədin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq, belə çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub