Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub

748
Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
 
Nazirlikdən bildirilib ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub: "İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib.
 
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik".

Xəbər lenti