USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Cəbhədə ATIŞMA: Hərbçimiz yaralanıb

22:32 01.02.2017
Cəbhədə ATIŞMA: Hərbçimiz yaralanıb
22:32 01.02.2017
Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə  atəşkəs rejimini pozub. 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.
 
Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

Xəbər lenti