Dünyanın ən güclü Silahlı Qüvvələrinin adları açıqlanıb.
Mynews.az-ın İstiPress-ə istinadən verdiyi məlumata görə, ənənəvi siyahını “Global Fire Power” hərbi mənbələrə istinadla hazırlayıb. Siyahıda Azərbaycanın yaxın qonşularının da adları ön sıralarda yer alıb.
Belə ki, dünyanın ən güclü ordusuna ABŞ malikdir. Şimal qonşumuz Rusiya ikinci, Çin isə üçüncü pillədə yerləşdirilib. İlk beşlikdə Hindistan və Fransanın adı da var.
İngiltərə 6-cı yerdədir, onu az fərqlə Yaponiya izləyir. Digər yaxın tərəfdaşımız və qonşumuz olan Türkiyə isə 2 pillə irəliləyib. Ötən il 10-cu olan Türkiyə bu il 8-ci yerdə qərar tutub. İlk onluğu isə Almaniya və İtaliya qapayır.
Cənub sərhəddimizi bölüşdüyümüz İran 21-ci sırada yer alıb. Bir il öncə 11-ci olan İsrail geriləyib - 16-cı yer.
Azərbaycanın özü isə 59-cudur. Müharibə şəraitində olduğumuz Ermənistan (95) bizdən 36 pillə geridədir. Geridə olan daha bir qonşumuz Gürcüstandır - 80.
Siyahının sonunda Mərkəzi Afrika qərarlaşıb. Onu Somali, Namibya, Panama, Əl Salvador, Laos və Bosniya Herseqovina izləyir.
Hər il eyni siyahını hazırlayan “Global Fire Power” qiymətləndirmə apararkən bir sıra məqamları nəzərə alıb. Məsələn, hərbçi və silahların sayı, modernliyi, atəş gücü və ölkələrin öz hərbi texnikalarını istehsal edə bilmək qabiliyyəti. Ölkələrin çoğrafi mövqeyi, logistka vəziyyəti, təbii qaynaqları da sıralamaya təsir edən amillərdəndir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub