Ermənistan ordusunda qadınlardan istifadə edilməsi məlum məsələdir. Snayperçi qadınların nələri bacardığını isə ən azı yaxın keçmişdə olan müharibələrdən eşitmişik.



Milli.Az a24.az-a istinadən xəbər verir ki, birinci Qarabağ müharibəsində də Ermənistan ordusu qadın snayperçilərdən istifadə edib. Müharibə şahidlərinin verdikləri ifadələrə görə 1-ci Qarabağ döyüşündə Azərbaycan ordusunun məğlub edilməsində erməni snayperçi qadınların böyük rolu olub. Bu gün də müqavilə ilə qadın snayperçilər Ermənistan ordusunda xidmət edir. Aprel döyüşlərində erməni snayperçi qadınlar Azərbaycanın canlı və texniki qüvvələrinin məhv edilməsində birbaşa iştirak edib.

Orduda xidmət edən Azərbaycan əsgərlərinin ifadəsinə görə hazırda da, demək olar ki, hər səngərdə iki erməni qadın snayperçi var.
Ermənistan ordusu qadınların gücündən çoxdan istifadə edir.

Orduda xidmət etmək istəyən qadınlar lap uşaq yaşlarından xüsusi düşərgələrdə təlim keçirlər. Həmin düşərgələr Suriya, İraq, Livan, Misirdə erməni lobbiçələrinin dəstəyi ilə təşkil edilib. Dünyanın müxtəlif yerlərində yetişdirilən qadın təşkilatçılar hər yay xüsusi düşərgələrdə təlim keçirlər.

Aprel döyüşlərində şücaəti ilə fərqlənən erməni qadın snayperçilərdən biri də Yurida Qabrielyandır. 24 yaşlı Yurida baş kəşfiyyatçı-snayper kimi Qarabağda əhəmiyyətli mövqelərdə xidmət göstərib. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə, Sarkisyan onu "İgidliyə görə" medalı ilə təltif edib.

Hazırda da minlərlə erməni qadın snayper təlimlərinə cəlb edilib.

Təlimlər təkcə Ermənistanda deyil, dünyanın müxtəlif bölgələrində keçirilir.

Onlar müxtəlif məqsədlərlə döyüşlərdə iştirak edirlər.

Bəziləri heç bilmirlər ki, kimə qarşı, niyə vuruşurlar.

Sadəcə müəyyən bölgələrdə müqavilə ilə işləyərək böyülk məbləğdə pullar alırlar.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub