Ermənistanın hüquq-mühafizə orqanları daha bir hərbi hissədə fırıldaqları araşdırır.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, “N” saylı hərbi hissənin arxa cəbhə üzrə komandir müavini Vigen Petrosyan və ərzaq xidmətinin rəisi Eduard Aleksanyan, “Avanqard” MMC-nin baş mütəxəssisi Karen Qriqoryanla birlikdə təxminən 3 milyon drama yaxın pulu mənimsəməkdə təqsirləndirilərək müttəhimlər kürsüsündə əyləşiblər.
İstintaq zamanı məlum olub ki, Vigen Petrosyan Karen Qriqoryan və Eduard Aleksanyanla əlbir olaraq, dövlətə 2 mln. 799 min dram məbləğində maddi ziyan vurub.
Vigen Petrosyan həbs edilib. Digər iki nəfərdən isə başqa yerə getməmək haqqında iltizam alınıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub