Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulublar.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.
Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.
Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasa da, texnika və qurğulara ziyan dəyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub