Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.
Mynews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Fəttah Heydərov, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Gənclər siyasətinin banisi H.Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı üçün gördüyü işlər haqqında çıxışlar olub.
Tədbir zamanı Gənclər Fondu tərəfindən hazırlanmış Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş film nümayiş etdirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub