Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbin şagirdləri ilə görüşüb.
Mynews.az ın məlumatına görə, Fonddan bildirilib ki, məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların şəraiti ilə tanış olan Leyla Əliyeva tədris prosesi ilə maraqlanıb.
Leyla Əliyeva sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.
Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.
Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbin şəraiti ilə tanış olub. Burada hazırda 160 uşaq təhsil alır. Bununla yanaşı, uşaqlara ev şəraitində fərdi dərslər də verilir.
Uşaqlar hazırladıqları bədii proqram və rəqs nömrələrini təqdim edib və Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub