"Son zamanlar Rusiya hakimiyyətinin Azərbaycana mövqeyi sərtləşib".
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ermənistan hakimiyyəti Dağlıq Qarabağda girov saxladığı iki azərbaycanlını və hərbçimizin nəşini niyə geri qaytarmaq istəmir?
Elxan Şahinoğlunun fikrincə, rəsmi İrəvan belə bir addım atarsa, bu cəbhə bölgəsindəki gərginliyi nisbətən azaldar:
"Rəsmi İrəvan müharibədən və artan itkilərdən bu qədər qorxursa, hesabla girovlarımızı geri qaytarmaqla ən azı bu il özünü mümkün təhlükələrdən sığortalamış olar. Ermənistanın bu addımı beynəlxalq aləmdə də müsbət qarşılanardı".
Onda niyə bu addımı atmır?
Politoloq bildirib ki, buna iki fərqli səbəb göstərmək olar:
"Birinci səbəb, ermənilərin Rusiyadakı havadarları buna imkan vermir. Çünki, son zamanlar Rusiya hakimiyyətinin Azərbaycana mövqeyi sərtləşib".
"İkinci səbəb, Ermənistanın separatçı hakimiyyəti girovlarımızı geri qaytarmamaqla cəbhə bölgəsindəki vəziyyətin getdikcə gərginləşməsinə rəvac verir və bununla Rusiya ilə Azərbaycan arasındakı mövqe haçalanmasını daha da dərinləşdirməyə çalışırlar".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub