"Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan iqtisadiyyatda, siyasətdə uğurlu islahatlar həyata keçirən dövlətə döndü".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi, baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası" mövzusunda konfransda çıxış edərkən deyib.
Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan daha da inkişaf edən bir ölkəyə çevrildi: "Bizi əhatə edən siyasi və ictimai mühit dəyişilməkdədir. 1993-cü ilədək olan Azərbaycan və 1993-cü ildən sonrakı Azərbaycanı müqayisə etsək, görərik ki, 1993-cü ilədək xaos, anarxiya, ümidsizlik, tənəzzüldə yaşayan ölkə 1993-cü ildən sonra islahatlar həyata keçirilən və dinamik inkişaf edən dövlət oldu. Ölkəmizdə bəşəri ideyanın gerçəkləşməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə nəsib oldu. Heydər Əliyevin ideyaları özü-özlüyündə islahatçılıq fəlsəfəsi idi".
Ə.Əhmədov deyib ki, Heydər Əliyevin islahatçılıq ideyası bu gün də onun layilqli davamcısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub