Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynayır.
Bu fikir Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterin xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı təbrik məktubunda öz əksini tapıb.
Mynews.az-ın məlumatına görə, D.Burkhalter Azərbaycan ilə İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. İsveçrəli nazir mövcud tərəfdaşlığın ölkələrimiz arasında güclü bağları əks etdirdiyini vurğulayıb və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Didye Burkhalter dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını qeyd edib.
Nazir Elmar Məmmədyarovun isveçrəli həmkarına ünvanlandığı məktubda isə iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyi vurğulanıb. Məktubda tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyəti qeyd edilib. İsveçrənin 70-dən çox şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov ölkəmizdəki nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub