Erməni nazirdən müharibəyə səbəb ola biləcək bəyanat - “DAĞLIQ QARABAĞ TANINMAMIŞ OLSA DA…”
![](https://img.mynews.az/news/2017/05/photo_10867.jpg)
"Dağlıq Qarabağ tanınmamış olsa da, ölkədir, münaqişə deyil. Və bu fakt tam başa düşülməyincə, münaqişənin həlli mümkünsüzdür. Orada 25 ildir ki, de-fakto, müstəqil şəraitdə kifayət qədər insan yaşayır. Onlar özlərinin qəbul etdikləri qərarlara görə məsuliyyət daşıyır, hökümətlərini demokratik prinsiplər üzərində qurur, çoxfraksiyalı parlament formalaşdırırlar".
Bunları Ermənistanın müdafiə naziri Vigen Sarkisyan "İnterfaks"a müsahibəsində bildirib.
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli üzrə apardığı danışıqlar, o cümlədən prezidentlərin qarşıda nəzərdə tutulan görüşü çərçivəsində Vigen Sarkisyanın cəfəng bəyanatlar verməsi münaqişədə Ermənistanın hansı mövqeyə malik olduğunu açıq-aşkar ortaya qoyur.
Maraqlıdır, Vigen Sarkisyanın bəyanatının altında hansı mesaj yatır? Əgər qondarma rejim elə Ermənistan tərəfindən tanınmırsa, nədən Ermənistan onu "demokratik əsaslar üzərində idarə edilən ölkə" kimi xarakterizə edir..? Ermənistanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Sarkisyan administrasiyasının münaqişə ilə bağlı verdiyi açıqlamalar və ya həll prosesləri üzərindən xətt çəkirmi?
Vigen Sarkisyanın verdiyi açıqlamalar əslində son üçtərəfli görüşdə heç bir razılaşmanın olmadığını, Ermənistanın nəyi ifadə etmək istədiyini ortaya çıxarır. Təbii, bu bəyanat elan edilməyən müharibə prizmasından, elan edilən formaya keçid xarakteri daşıyır və region üçün yeni müharibə təhlükəsini artırır.(azvision.az)
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 1081 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 1021 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 1016 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 1010 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 976 dəfə oxunub