DƏHŞƏTLİ MÜHARİBƏ YAXINLAŞIR! - NATO mayın 25-də...
Almaniya hakimiyyəti Suriya və İraqda qərb koalisiyasının əməliyyatlarına NATO-nun iştirakı haqqında ABŞ-ın təklifini öyrənəcək.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.
O qeyd edib ki, Almaniya hökuməti daha əvvəllər bu təklifə qarşı çıxırdı.
"Ancaq hazırda ABŞ-dakı yeni administrasiya ilə əlaqədar həm Suriyada, həm də İraqda vəziyyətin dəyişikliyi müşahidə olunur", - Martin Şefer deyib.
Almaniya Xarici İşlər Nazirliyinin başçısı isə bildirib ki, bu məsələ ilə bağlı qərar NATO-nun mayın 25-də keçiriləcək sammitində qəbul ediləcək.
Daha əvvəl ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) bildiriblər ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Suriya və İraqda ölkənin hərbi kontingentinin genişləndirilməsi üzrə səlahiyyət verib.
Bir neçə gün əvvəl Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib ki, Suriyada yaradılacaq təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin uçuşları üçün bağlanacaq.
Xatırladaq ki, Suriyada təhlükəsizlik zonalarının yaradılmasını nəzərdə tutan memorandum mayın 4-də Astanada Rusiya, Türkiyə, İran və Suriya müxalifəti arasında imzalanıb. Memorandum mayın 6-dan qüvvəyə minir. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.
İngiltərənin "The Times" qəzetinin yazdığına görə, Türkiyə ordusu İdlibə hərəkət edəcək. Xəbərə görə, Astanada əldə olunan razılaşma təhlükəsizliyin təmin edilməsi və "Əl-Qaidə" terror qruplaşmasına bağlı qrupların İdlibdən tamamilə atılması üçün Türkiyə ordusunun bu vilayətə daxil olmasını nəzərdə tutur.
Rusiya isə təhlükəsizlik zonalarına daha çox hərbçi göndərməyə hazır olduğu barədə bəyanat verib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub