Artıq “mədəniyyət nazirliyi” və bir neçə digər qurum bu qədim Azərbaycan şəhərinə köçürülüb...
Şuşanın işğalının 25-ci ildönümündə Xankəndindəki işğalçı, separatçı, terrorçu rejim ideoloqları tərəfindən yeni bir təxribat ortaya atılıb.
Mynews.az bu haqda Rusiyanın ermrənipərəst “İA REGNUM” agentliyinə istinadla yazır. Erməni lobbisinin, eləcə də Rusiya, ABŞ və Avropa ölkələrinin birbaşa və dolayı yardımıyla Şuşada bacardıqları qədər abadlıq işləri aparan işğalçılar bir neçə ildir ki, qondarma “hökumət” strukturlarını da bu qədim Azərbaycan şəhərinə köçürməyə başlayıblar. Artıq “mədəniyyət nazirliyi” və digər bir neçə qurum Şuşaya köçürülüb. Agentlik Xankəndidəki mənbəyinə istinadla yazır ki, bu günlərdə “parlamentin” də Şuşaya köçürülməsi və ardınca Xankəndi ilə birləşdirmək yoluyla, ümumiyyətlə, paytaxtın Şuşaya keçirilməsi planı müzakirə olunur.
Sözsüz ki, burada məqsəd beynəlxalq səviyyədə Şuşanın hüquqi-tarixi cəhətdən Azərbaycan, türk şəhəri olması faktını tamamilə unutdurmaqdır. Xəbərdə öncə Şuşanın tarixi qala-şəhər kimi XVIII-XIX sərlərdə Qarabağ xanlığının paytaxtı olduğu etiraf edilsə də, 1813-cü ildə “Persiya”(İran) və Rusiya arasındakı Gülüstan müqaviləsinə görə, guya Rusiyanın tərkibində olduğu bildirilir... P.S. Azərbaycan buna yalnız növbəti bəyanatla cavab verə bilər...
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub