Məşhur xaker qrupu olan "Anonymous" dünən yayımladığı videoyla insanları III dünya müharibəsinə hazır olmağa çağırıb.
"Anonymous" "Youtube"da paylaşdığı 6 dəqiqəlik videoda "Koreya yarımadasında müharibə əlamətləri görünməyə başlayıb. ABŞ prezidenti Donald Trampın ötən həftə "Minuteman 3" ballistik raketini test etməsi, Çinin rəsmi şəxslərinin vətəndaşlarını Şimali Koreyadan geri çağırması, ABŞla Şimali Koreya arasındakı gərginlik, Yaponiyanın ölkə vətəndaşlarına mümkün nüvə hücumuna hazır olmaq barədə xəbərdarlığı kimi məsələlər müharibənin mümkünlüyünü daha da artırır" deyilib.
Xaker qruplaşması bu müharibənin daha dağıdıcı, sürətli və dəhşətli olacağını bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub