Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109- cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub