ABŞ Milli Kəşfiyyat Agentliyi 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını açıqlayıb.
Publika.az xəbər verir ki, agentliyin direktoru Daniel Kouts dünyada artan risklərlə bağlı hesabatı bu gün Konqresə təqdim edib.
Agentliyin hesabatında deyilir ki, 2017-ci ildə Dağlıq Qarabağda hərbi toqquşmaların yenilənməsi riskləri yüksəkdir.
“Dağlıq Qarabağ zonasında Ermənistan və Azərbaycan arasında gərginlik 2016-cı ilin aprelində baş verdi. Tərəflərin güzəştə getmək istəməməsi və daxili təzyiqlərin artması nəticəsində münaqişə zonasında 2017-ci ildə hərbi toqquşmaların yenilənməsi riski böyükdür”, - deyə hesabatda bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub