Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.
Bu barədə azvision-a girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər.
"Məktub çox qısadır. "Salam" və "sağ olun" sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: "Salamatam". Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır".
Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub