Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, buna səbəb son hadisələr, Ermənistan ordusunun verdiyi itkilərdir.
“Mayın 13-də hərbi qulluqçunun həlak olması haqda danışan müdafiə naziri Viqen Sarkisyan günahkarların cəzalandırılacağını açıqladı. Lakin problem bir hərbçinin həlak olması ilə bitmir. Son günlər orduda tez-tez itkilər verilir, postlarda müdafiə nizamnaməyə uyğun qurulmu, həmçinin, qeyri-döyüş şəraitində ölüm hallarının sayı artıb. Azərbaycanın Ermənistan ordusuna məxsus “OSA” zenit-raket kompleksini vurması isə “son damla” olub. Gözləniləndir ki, bir sıra hərbi hissələrin komandirləri istefaya göndəriləcək, hətta vəzifəsindən çıxarılan hərbiçilər arasında generalların olacağı da deyilir”, - deyə qəzet yazır.
Qeyd edək ki, dünən Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrinə məxsus “OSA” zenit-raket kompleksini məhv edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub