Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.
Mynews.az-ın xəbərinə əsasən, Azərbaycan Prezidentinə məlumat verilib ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir.
Dövlət başçısına bildirilib ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar.
Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan “Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.
Prezident İlham Əliyev kombaynı işə salıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub