ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administrator köməkçisi vəzifəsini icra edən Marqo Ellis Azərbaycana gəlib.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, M.Ellis Bakıda Azərbaycanın iqtisadi inkişaf məsələlərində xarici dəstəyin rolunu və təsirini müzakirə etmək məqsədilə donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.
Eyni zamanda, onun ümumi inkişaf prioritetlərini müzakirə etmək üçün Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
Səfər mayın 20-də başa çatacaq.
Qeyd edək ki, M.Ellis Bakıdan sonra Tbilisiyə yollanacaq. O, mayın 20-25-də Gürcüstan paytaxtında görüşlər keçirəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub