Nazirlər Kabineti “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən hündürlüyü 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin siyahısına daxil edilib.
Goranboy rayonunun Erkeç, Mənəşli və Todan kəndləri, Quba rayonunun Afruca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, Ördüc və Xırt kəndləri, Göygöl rayonunun Quşçu kəndi, o cümlədən Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına salınıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub