Azərbaycanın daxilində heç bir təhlükə yoxdur. Xalq prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Lakin Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir. Bu baxımdan kənardan böyük təhdidlər var”.
Mynews.az-ın “Report”a istinadən məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
DTX rəisi xatırladıb ki, bir neçə gün öncə casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verilib: “Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova tapşırıq verilib. Onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Xəyanətin üstünün açılması Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün yerinə yetirilməsinin nəticəsidir”.