"Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin "orduda mövcud olan xəyanətkar şəbəkə 1988-1990-cı illərdə kök atıb" açıqlaması o deməkdir ki, Azərbaycanın müstəqilliyindən bu yana Dağlıq Qarabağ uğrunda savaşda məxfi hazırlanan planlardan silahlı birliklərimiz və sonrakı illərdə formalaşan ordumuz hələ hücuma keçmədən Rusiyanın və Ermənistanın xəbəri olub".
Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
O deyib ki, Xəyanətkar şəbəkədə onlarla satqın olub.
"Onların uzaq 1990-cı illərin başlanğıcında Daşaltı əməliyyatından tutmuş Şuşa və Laçındakı uğursuzluqlarımızda və ən son fevralda kəşfiyyat qrupumuzun pusquya düşərək itkilərimizdə "xidmətləri" ola bilər. Yəni sən hansısa əməliyyat planı hazırlayırsan, hələ əməliyyata başlamış xəritələrin sürəti düşmənlərimizin əlinə keçə bilərmiş. Xəyanətkarların üzə çıxmasından sonra bunun belə olmadığını kim iddia edə bilər? Bu hələ bildiklərimizdir. İstənilən yüksək rütbəli hərbçinin Rusiya ilə gizli əlaqələri onun avtomatik Ermənistana işləməsi mənasına gəlir".
A24.az


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub