“Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin guya öz bölmələrinin mövqelərini minaatanlardan vurmasını əks etdirən videomaterial yayıb”.
Mynews.az -ın məlumatına görə, bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan tərəfi bunun əvəzini virtual məkanda çıxmağa uğursuz cəhdlər göstərir:
“Hazırda cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Tərtər-Ağdərə istiqamətində yerləşən ön xətt bölmələrimiz hazırlıq planına əsasən döyüş vəziyyətinə uyğun şəraitdə atış məşqləri keçirir.
Videodakı partlayışlar isə ermənilərin iddia etdikləri kimi 60 millimetrlik minaatan mərmiləri yox, təlimdə istifadə edilən əl qumbaralarının partlayışıdır. Hətta mütəxəssis olmayan, silahdan azacıq anlayışı olan şəxs belə bu partlayışların minaatanların mərmilərinə aid olmadığını asanlıqla təyin edə bilər”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub