Erməni "mehribanlığı"nın səbəbi - Elnur Hüseynzadə məsələsi getdikcə böyüyür

638
Erməni "mehribanlığı"nın səbəbi - Elnur Hüseynzadə məsələsi getdikcə böyüyür

Son günlər Ermənistan KİV-lərində yayılan sifarişli məlumatlar daha çox sirk janqlyorunun oyunbazlığı və ya ölüm qabağı şəxsin qoniyasına bənzəyir.

Mynews.az-ın məlumatına görə, bu barədə Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev bildirib

Onun sözlərinə görə, son günlər Azərbaycan Silahlı Qüvvələrinin sabiq hərbi qulluqçusu, indi isə mülki şəxs olan Elnur Hüseynzadənin timsalında bir nəfərdən ibarət "diversiya hücumu"nun dəf edilməsi ilə bağlı geniş məlumatlar yayılır: "Ermənilər nəinki silahsız Elnurun hücumunu dəf edə, hətta onu əsir də götürə biliblər. Axı bir nəfər, özü də ordudan tərxis olunmuş şəxs təxribat əməliyyatını necə planlaşdıra və həyata keçirə bilər?!" 

Ekspertin fikrincə, ermənilərin bu təbliğatının gizli pərdəarxası var. Məqsəd isə dünya ictimaiyyətini çaşdırmaq və fikri əsas məsələdən yayındırmaqdır: 

"Məlumdur ki, ermənilərin qarışqadan fil düzəltməyin mahir ustasıdırlar. Növbəti dəfə isə Elnur Hüseynzadə bütöv bir diversiya qrupuna çevrildi. Öz qanundankənar əməllərinə bəraət qazandırmaq üçün erməni tərəfi hər vəchlə Azərbaycan tərəfini ləkələməyə və özlərinin necə "mehriban və sakit" olduqlarını dünya ictimaiyyətinə göstərməyə çalışır. 

Bu hərəkətlər xüsusilə aprel hadisələri ilə bağlı, konkret olaraq qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmi məsələsinə dair danışıqların sürətlənməsindən sonra çoxalıb.

İndi gərək vasitəçi dövlətlər ermənilərin yuxularını və gözlərinə görünən hər şeyi araşdırsınlar. Əgər nəzərə alsaq ki, Azərbaycan bizim tərəfə keçən hər ermənini diversiya qrupu kimi qələmə verməyə başlasa, onlar isə dəstə ilə keçirlər, onda sülhü tənzimləyən dövlətlərə əsas məsələdən yayıyanaraq araşdırma aparmaq üçün yüzillər lazım gələcək. Ermənilər də məhz elə buna nail olmaq istəyirlər".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Elnur Hüseynzadə Silahlı Qüvvələrin hərbi qüulluqçusu deyil və xidməti uyğunsuzluğa görə ordu sıralarından tərxis olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü mülki şəxs Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər onu Azərbaycan hərbçisi kimi qələmə verərək əsir götürdüklərini bildirirlər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, E.Hüseyzadənin azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

 

Xəbər lenti