Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub.
Mynews.az xəbər verir ki, APA-nın məlumatına görə, A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir.
O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır.
A. Hovakimyanın çıxışından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla razılaşmadığını bəyan edib:
“Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etmədi. Amma siz öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Bu isə mənim fikrimcə, düzgün deyil”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub