Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mynews.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Devid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri zamanı əməkdaşlıq və tərəfdaşlıq əlaqələri ilə bağlı səmərəli fikir mübadiləsi aparılacağına və səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Nümayəndə heyətinin Azərbaycandakı geniş səfər proqramına toxunan Prezident İlham Əliyev bu səfərin ölkəmiz ilə Avropa Parlamenti və ümumilikdə Avropa təsisatları ilə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Azərbaycana və o cümlədən regiona səfər proqramları barədə Prezident İlham Əliyevə məlumat verib. O, Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvlərinin nümayəndə heyətinin tərkibinə daxil olduğunu deyib. Devid MakAlister bildirib ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.
Görüşdə Azərbaycanda son illərdə gedən proseslər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və onun perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət, insan haqları, fikir azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub