Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin birgə təsdiq etdikləri tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri "N" nömrəli hərbi hissələrə baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Ombudsman aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsman aparatının sektor müdiri Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub