Bütün dünyanın diqqətinin Donald Trampın Səudiyyə Ərəbistanının liderlərinə müraciətinə yönəldiyi bir vaxtda, digər müsəlman ölkəsində böyük beynəlxalq tədbir keçirilib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Huffington Post" qəzetində dərc olunan məqaləsində yer alıb.
Məqalədə yazılıb: "Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarını keçirib. Son müddətdə müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də baxımlı və heyranedici şou təşkil edib".
Müəllif qeyd edib ki, Bakıda keçirilmiş Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etməsi rəmzi xarakter daşıyıb. Onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğur əldə etməsi təmin olundu".
E.Süleymanov yazır: "ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışırdı. Azərbaycanın ABŞ, Avropa, İsrail və müsəlman ölkələri ilə tərəfdaşlıqda irəli sürdüyü təşəbbüslər qlobal miqyasda əldə edilmək istənən müxtəlifliyi qeyd etməyə və öz strateji mövqeyindən səmərə əldə etməyə imkan verən nümunədir".
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub