Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfər edəcək.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfərin bu ilin oktyabrına planlaşdırıldığını deyib.
Diplomat bildirib ki, bu səfər dinamik inkişaf edən münasibətləri daha gücləndirəcək: “Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. Azərbaycan prezidentinin 2014-cü ildə Budapeşt səfərindən sonra əlaqələr strateji səviyyəyə qalxıb. Baş nazir Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfərindən sonra isə səfərlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub