“Dağlıq Qarabağla bağlı danışıqlar masasında “Madrid prinsipləri” var. Başqa sənəd yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlar masasında əsas şərtin “Dağlıq Qarabağın müstəqilliyi” ilə bağlı olduğu haqda fikirlərini şərh edərkən deyib.
Erməni politoloq qeyd edib ki, Azərbaycanın buna razılaşacağını düşünmək ağılsızlıqdır.
A.Papyan Qarabağda yeni müharibənin başlayacağı proqnozunu verib.

“Bu, “dördgünlük müharibə” kimi olmasa da, ciddi toqquşma baş verəcək. Gərginlik sabah, yaxud bir müddət sonra ola bilər. Lakin buna hazırlığın getdiyi ortadadır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan ordusunun müharibəyə hazırlaşdığına dair da informasiyalar yayılıb. Ehtimallar var ki, düşmən cəbhədə yeni təxribatlara əl ata bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub