Türk ordusu Ağrı vilayətində PKK terrorçularına qarşı əməliyyat keçirib.
Mynews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağrı Valiliyi məlumat yayıb.
Əməliyyat zamanı 29 terrorçunun məhv edildiyi bildirilir.
Valilik bu hücumun PKK-nın Van-Çaldıran yolunda 3 TIR-ı yandırmasına cavab olduğunu açıqlayıb.
***
Türkiyənin Ağrı vilayətinin Tendürək dağlarında təşkil edilən əməliyyatda daha 20 terrorçu məhv edilib və beləliklə, zərərsizləşdirilən terrorçuların sayı 2 gündə 49-a çatıb.
Bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvətləri yayıb.
Daxili İşlər naziri Süleyman Soylu isə Tvitter səhifəsində “Tendürek şəhidləri, qanınız yerdə qalmadı. Bu gün yoldaşlarınız terrorçulara ən ağır cəzanı verdi. Ruhunuz şad olsun” tvitini paylaşıb.
Xatırladaq ki, ötən gün Ağrıda terrorçuların hücumu nəticəsində 4 türk əsgəri yaralanmış, 2-si şəhid olmuşdu.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub