Lavrovdan növbəti Qarabağ AÇIQLAMASI

588
Lavrovdan növbəti Qarabağ AÇIQLAMASI
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avstriyanın "Profil" jurnalına müsahibəsində ATƏT-in bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəslədiyini bildirib.
 
Nazir deyib: "Ümid edirik ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcək. Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik".
 
Nazir hazırda ATƏT-ə sədrlik edən Avstriyanın təşkilatın əhatə etdiyi məkanda münaqişələrin həllinə daha çox diqqət yetirəcəyinə ümid ifadə edib. Onun fikrincə, bu, ilk növbədə, Ukrayna böhranına aiddir.
 
Sergey Lavrov vurğulayıb ki, Rusiya öz tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu həllinə kömək edəcək.
 

 

Xəbər lenti