Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın uzun illərdir Statoil şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Statoil şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğuladı.
Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini dedi. Statoil şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğuladı.
Görüşdə Azərbaycan ilə Statoil şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub