Mynews.az xəbər verir ki, bunu Trend-ə özəl olaraq Monteneqronun baş naziri Duşko Markoviçdeyib. Baş nazirin sözlərinə görə, bu sahələr sənaye, turizm, energetika, kənd təsərrüfatı, nəqliyyat, tikinti, elm və texnologiya sahələridir.
D.Markoviç qeyd edib ki, Azərbaycan və Monteneqro arasında ikitərəfli sazişlər vasitəsilə hazırki ticari və iqtisadi münasibətləri genişləndirmək üçün böyük potensial var.
Baş nazir statistik göstəriciləri də qeyd edib: "2016-cı ildə Azərbaycandan Monteneqroya birbaşa investisiyaların həcmi 47,15 milyon avro təşkil edib ki, bu da ölkəyə ümumi yatırılan investisiyaların 6,9 faizini təşkil edir".
Baş nazir qarşıdan gələn illərdə bu istiqamətdə müsbət trend gözlədiklərini əlavə edib.
D.Markoviç Azərbaycan şirkətlərinin yol infrastrukturunun tikintisinə maraq göstərdiklərini də vurğulayıb. Baş nazir bununla yanaşı, Monteneqronun Albaniyadan Monteneqroya istiqamətində davam etdiriləcəyi düşünülən TAP layihəsində çox maraqlı olduğunu da xüsusi qeyd edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub