Azərbaycan Ermənistana daha bir zərbə vurub.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, mayın 10-13-də BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə 105-ci iclası keçirilib.
İclasda Ermənistan qondarma “DQR”-i təşkilatın üzvü etmək istəyi ilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib.
“Bu Azərbaycanın beynəlxalq müstəvidə Ermənistan üzərindəki növbəti qələbəsidir”.
Bu sözləri Ermənistanın “Aravot” qəzeti yazıb. Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi.
“Bundan əvvəl ATƏT-in İrəvan ofisi Bakının tələbi ilə bağlandı. İndi də bu, baş verdi. Burada ən təhlükəli məqam erməni diplomatiyasının fərasətsizliyidir”, - deyə erməni jurnalist vurğulayıb.
N.Qriqoryan “hətta Ermənistan Qarabağla bağlı hansısa məsələni Günəş sistemində qaldırsa belə, Azərbaycan bunun qarşısını kəsəcək” deyə məcazi mənada qeyd edib.
“Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı”, - deyə o diqqətə çatdırıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub