Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Nazirliyin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.
Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.
Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar.
Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub