2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planında qeyd edilir ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.
Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.
Həmçinin Tədbirlər Planına əsasən, 2017-2018-ci illərdə siyasi partiyaların maliyyələşməsində şəffaflığın artırılması, maliyyə hesabatlarında şəffaflığın artırılması üzrə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub